Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin İdarə Heyətinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin İdarə Heyətinin sədri Ucarda vətəndaşları qəbul edəcək 2026-01-30 18:55:22
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova fevralın 6-da Ucar Gənclər Mərkəzində (Ünvan: Ucar şəhəri, Heydər Əliyev prospekti) Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonlarından olan vətəndaşları qəbul edəcək.

Saat 11:00-dan etibarən keçiriləcək qəbulda vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və digər aidiyyəti məsələlərlə bağlı müraciət edə bilərlər.

Qəbula gəlmək istəyənlər rsalmanli@emlak.gov.az elektron poçt ünvanı vasitəsilə, həmçinin qurumun 16 saylı Ucar Ərazi İdarəsinə (telefon: 0516291488 və ya elektron poçt ünvanı: dedkr.16sayli@emlak.gov.az) fevralın 5-dək müraciət etməklə qeydiyyatdan keçə bilərlər.