İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədr müavini Elvin Məmmədov noyabrın 27-də qurumun 3 saylı Gəncə Ərazi İdarəsində (ünvan: Gəncə şəhəri, Z.Əliyeva küçəsi 3) Gəncə şəhəri, Daşkəsən, Göygöl və Samux rayonlarından olan vətəndaşları qəbul edəcək.
Saat 11:00-dan etibarən keçiriləcək qəbulda vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və digər aidiyyəti məsələlərlə bağlı müraciət edə bilərlər.
Qəbula gəlmək istəyənlər noyabrın 26-dək (012) 5108430 (daxili:72-65) telefon nömrəsi ilə və ya rsalmanli@emlak.gov.az elektron poçt ünvanı vasitəsilə, həmçinin qurumun 3 saylı Gəncə Ərazi İdarəsinə (telefon: (022) 265 08 09 və ya elektron poçt ünvanı: dedkr.3sayli@emlak.gov.az) müraciət etməklə qeydiyyatdan keçə bilərlər.