Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun Samux rayonunda keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilmişdir

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun Samux rayonunda keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilmişdir 2016-03-11 11:50:44

 

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun Samux rayonunda keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilərək 14 mart 2016-cı il tarixinə keçirilmişdir. Qəbulda Samux, Gəncə, Göygöl və Daşkəsən rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaqdır.

Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaqdır.

Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin office@emdk.gov.az elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105 və 349)

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı ərazi idarəsi:

(022) 265-08-69